7-ci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI — YENİLƏNİB

KRİMİNAL 28 mar 2024, 08:44
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M. Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü. Mehdiyev saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Araşdırma davam etdirilir.
 

***
08:17



Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top