“Qarabağ”ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

İDMAN 22 mart 2024, 15:41

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a yönəltdiyini bildirib.

“Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”, - deyə Lunyov söyləyib.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top