"Roma"nın futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb

İDMAN 21 mart 2024, 17:45
İtaliyanın "Roma" klubunun futbolçusu Temmi Abraham uzunmüddətli zədədən sonra fərdi məşqlərə başlayıb.

"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu 285 gündən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.

İngiltərəli forvardın tezliklə komanda ilə birlikdə məşqlərə qoşulacağı bildirilib.

O, 2023-cü ilin iyununda çarpaz bağlarından zədə alaraq sıradan çıxmışdı.

Qeyd edək ki, T.Abraham 2021-ci ildə "Çelsi"dən "Roma"ya transfer olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top