“Qarabağ”a qol vuran futbolçu 20 milyona satıldı

İDMAN 05 mar 2024, 00:03
“Atletik” “Braqa”nın yarımmüdafiəçisi Alvaro Calonu transfer etdiyini rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandası ilə bu mövsümü başa vuracaq və iyulun 1-də La Liqa təmsilçisinə qoşulacaq. Transfer məbləği 15+5 milyon avrodur.

Bu mövsüm Calo bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olub. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Calo vurub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top