“Zirə”dən yeni transfer

İDMAN 01 mar 2024, 17:23
“Zirə” Sezar Meza Kollini heyətinə qatıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur. 

Qeyd edək ki, Meza Koli "Zirə"yə azad agent kimi transfer olunub. O. bu ilin yanvarın 31-dən, "Ohod"u (Səudiyyə Ərəbistanı) tərk etdikdən sonra klubsuz idi. 

Xatırladaq ki, 2016/17 mövsümündə "Zirə"nin şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”nin, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top