Almaniya kansleri kəşfiyyat məlumatlarını açıqlamaqda ittiham olunur

DÜNYA 29 fev 2024, 23:31

Almaniya kansleri Olaf Şolts uzaqmənzilli “Storm Shadow” raketlərinin buraxılışında iştirak edən Ukraynadakı Britaniya hərbi köməkçilər haqqında məlumatı açıqladıqdan sonra məxfiliyi ciddi şəkildə pozmaqda ittiham edilib.

Olaf Şolts Britaniyanın “Storms Shadow” raketlərinin analoqu olan “Taurus” raketlərini Kiyevə göndərməyəcəyini bildirib. O, Böyük Britaniya və Fransanın Ukraynaya yardımına işarə edərək, ölkəsinin müharibədə birbaşa iştirak riskini qeyd edib.

Şoltsun ​​bəyanatları xarici siyasət məsələlərinə məsuliyyətli və dürüst yanaşmanın zəruriliyinə işarə edən siyasətçilərin kəskin tənqidinə səbəb olub.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top