30-a yaxın Balakən sakini “Açıq mikrofon”da — FOTO

SOSİAL 27 fev 2024, 17:07
Həftənin çərşənbə axşamında SOCAR-n “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub.

Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb. Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub.

Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top