Ramzan Kadırovun 18 yaşlı oğlu nazir oldu — FOTO

DÜNYA 17 fev 2024, 18:57

Çeçenistanın başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.

Bu barədə ölkə parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

Onun sözlərinə görə, 18 yaşlı gənc, həmçinin, regionun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına Orden”ə layiq görülüb.

“Axmat özünü istənilən işə məsuliyyətli və səriştəli yanaşması ilə seçilən effektiv lider kimi sübut etdi! O, belə qısa müddət ərzində bir çox yaddaqalan tədbirlər təşkil edərək gənclər siyasətinə mühüm töhfə verib”, - deyə Daudov vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top