Müəllimlər üçün əla FÜRSƏT

SOSİAL 15 fev 2024, 11:13
Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. 

Demokrat.az xəbər verir ki, müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top