BMT Baş katibinin müavini İlham Əliyevi təbrik etdi

GÜNDƏM 14 fev 2024, 16:48
BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alişahbana Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) katibliyi adından Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

UNESCAP-ın Azərbaycan hökuməti ilə davamlı inkişaf və regional əməkdaşlıq sahələrində uzunmüddətli iş birliyi mövcuddur. Bu fürsətdən istifadə edərək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın 2023-cü ilin noyabrında Bakıda Sammitinin çox yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən tam əminəm ki, Sizin müdrik liderliyinizlə səmimi münasibətlərimiz daha da inkişaf edəcək və güclənəcəkdir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top