Yaponiyada daha bir təyyarə qəzası baş verdi

DÜNYA 01 fev 2024, 15:00
Yaponiyanın “ANA” şirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş-enmə zolağında toqquşub.

Demokrat.az
xəbər verir ki, bu barədə Rəsmi Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiyada All Nippon Airways (ANA) aviaşirkətinə məxsus sərnişin təyyarələri Osaka hava limanında toqquşub. 

Məlumata görə, qəza yerli vaxtla saat 10.10-da İtami hava limanında baş verib. 

Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. 

Təyyarələrə cüzi ziyan dəyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top