"Diletant "AŞPA"zlara vacib önəri: Həddinizi bilin! — Deputatdan sərt sözlər...

GÜNDƏM 28 yan 2024, 16:45
Qarabağ hadisələrinin iştirakçısı, erməni ideoloqu Zori Balayanın "Ruhumuzun dirçəlişi” adlı kitabında belə bir qeyd var: "Dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən bir baxdım ki, 13 yaşında türk qızını pəncərəyə mismarlayıblar. Əvvəlcə uşaq sussun deyə Xaçatur ölmüş ananın kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən həmin 13 yaşlı qızın dərisini baş, qarın və sinə nayihələrindən soymağa başladım. Ardınca saata baxdım. Uşaq düz 7 dəqiqə sonra qan itkisi səbəbilə dünyasını dəyişdi. Daha sonra Xaçatur cəsədi doğradı və itlərə atdı. O zaman sevincdən gözlərimiz parıldayırdı. Anlayırdıq ki, bütün ermənilər hərəkətimizlə qürur duyacaq...”

Daha bir erməni müəllif, Paşinyan inqilabından sonra Livanda məskunlaşmış David Xerdiyanın Xocalı hadisələrinə həsr olunmuş "Xaç uğrunda” kitabında isə bu fraqment əsas sərlövhə kimi keçir: "Yük maşınında 10 yaşlı türk qızı vardı. Başından və qolundan aldığı zədələrə rəğmən ölməmişdi. Yaxın bir saat ərzində canını tam tapşırmamış təxminən 10-15 belə adama rast gəldik. Amma onların heç birini güllə ilə öldürmədik. Atdıq diri-diri ocağa. Tonqaldan gələn imdad, qışqırtı səslərini eşitmək o qədər xoş idi ki...”

***

Və...3 gün bundan öncə xəbər gəlir ki, AŞPA azərbaycanlı deputatların səsvermə hüququnu bir il müddətinə məhdudlaşdırmaq barədə qərar qəbul edib. Niyə? - Demə ki, Avropa ailəsinin strategiyasına zidd addımlar atırmışıq, siyasətimizdə korrektlər etməliymişik...

30 ilə yaxın müddətdə Balayan, Xerdiyan kimi cəlladları "Şengen” vizası ilə Avropanın bu başından o biri başına daşıyan, "İnterpol” kimi məhrəm təşkilatı  belə öz ambisiyasının girovuna çevirən, "ekstradisiya” anlayışını beynəlxalq hüquqda "ölü norma” halına gətirən, müharibə cinayətlərinə bais olmuş ən böyük QANSIZları təcili ifşa etməli olduğu halda az qala amneziya xəstəsi kimi təqdim edən, KARlığı və riyaKARlığı öz həyat tərzinə çevirən Avropa!

Sən gerçəkdən utanmadınmı, səbəb sadalayarkən?    

Oturub-durub aləmə car çəkirlər ki, Azərbaycan Ermənistanı işğal etməyə hazırlaşır. Haradan eşitdiniz bunu? Kim dedi sizə bunu?

İndi də münəcclimliyəmi başladınız?

Milyon dəfə demişik. Ki, bizim tək arzumuz sülhdür, sülh müqaviləsidir, bölgədə münasibətlərin normallaşmasıdır, sabitlikdir. Bunu bəyan edən dövlət işğalamı hazırlaşar, belə fikirəmi düşər?

Xeyr! Szin dərdiniz nə "işğal”dır, nə "Abzas Media”, nə insan hüquq və azadlıqları, nə də müşahidəçilər. Siz sadəcə "Brüssel”dən sonra davamı gəlməyən prosesin acığını çıxırsız, öz aləminizdə Azərbaycana xox gəlirsiz, komandanız üçün yeni, qeyd-şərtsiz itaətkar axtarırsız.

Və paralel fonda bir məqamı unudursuz ki, AŞPA Fransa Senatının alt qurumu,  "Yelisey”in "İşlər İdarəsi”, Makronun Nazirlər Kabineti deyil!

Strasburqla bağlılığınız isə yalnız məkan anlamındadır...

Hələ dünəndən etibarən Niderlandın, Almaniyanın bir-iki "dəmkeş” deputatı və naziri də özünə əl qatıb, söhbətə "əlimyandı” girib və məsuliyyətsiz açıqlamalar verməyə başlayıb. Soruşsan Azərbaycan və Ermənistan arasındakı konfliktin səbəbi, tarixi nədir, bilməzlər. Amma yarımçıq tezislər üzərindən bülbül kimi ötməyə bir candırlar...

Avropanın əsas problemi də elə məhz budur: Sütunsuzluq və səbatsızlıq!

Fransada beynəlxalq hüququn banisi sayılan Blan və Vilyermin əgər bilsəydilər ki, nə vaxtsa bütünlükdə Avropanın hüquq taleyi ilə bağlı qərarların üzərində bankir Makronun dərkənarı qoyulacaq, inanın, o zaman nə beynəlxalq tənzimləmə mexanizmləri ilə bağlı nəzəriyyələr yazardılar, nə də beynəlxalq müqavilələr haqda fundamental əsərlər...    

Öz mətinliyi ilə kişi təcəssümü yaradan "Orlean qızı” Janna Darkın qulağına əgər məqamında kimsə pıçıldasaydı ki, 6 əsr sonra sənin ölkəndə hökümətin yarısı qadın təcəssümlü kişilərdən ibarət olacaq və...onlar düşmən sandığı Azərbaycandan acığını hətta bir qadının – Natəvanın abidəsinə əl uzatmaqla  çıxacaq, buraxın yandırılmağı, heç qamçılanmağı belə özünə rəva bilməzdi!

Erməninin törətdiyi ən vicdansız cinayətləri görməzdən keçərək "müşahidəçi” mövzusunda ilişib qalanlar, əsl işğalçıya 29 il müddətində bir kəlmə  söz demədikləri halda yatıb yuxuda gördükləri "işğal”la bağlı fikir yürüdənlər, ƏDALƏT və AZADLIQ anlayışlarını RƏZALƏT və TƏZADLIQ ilə səhv salanlar bu gün bizə nə hüquq, nə mənəviyyat, nə də siyasət dərsi keçə bilməzlər!

Ölkəsində hələ də monarxiya, kral üsul-idarəsini saxlayan Niderlandın demokratiyadan, 7 statında ölüm hökmü bu günə qədər qüvvədə olan Amerikanın hüquq islahatlarından, indiyə qədər yəhudi soyqırımına görə təzminat ödəyən Almaniyanın insan haqlarından, əli də, üzü də, gözü də bir milyondan çox əlcəzairlinin qanına bulaşmış Fransanın düzgünlükdən, şəffaflıqdan danışmağa heç bir haqqı yoxdur!

Dəzgah yerindədir. Üzərimizə uzanan bütün dilləri dibindən kəsəcəyik!

AŞPA-nın diletant aşpazlarına isə xatırlatmaq lazımdır ki, barı bundan sonra hazırlayacaqları salat(lar)a dəxilsiz ədviyyatlar vurmasınlar, onu yöndəmsiz hala gətirməsinlər, ağını, bozunu, şitini çıxarmasınlar...

YEYİLMİR!

Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top