XI sinif şagirdi məktəbin həyətində qətlə yetirildi

KRİMİNAL 23 yan 2024, 09:57
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

"Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top