"Vasif Məhərrəmlinin ferması var"

ŞOU-BİZNES 10 yan 2024, 10:39
Xəbər verdiyimiz kimi, ötən günlərdə "Maska" şousunun növbəti buraxılışı təqdim olunub.

Axşam.az-ın məlumatına görə, verilişdə "Cəngavər" maskası altında olan məşhur özü ilə bağlı faktları açıqlayarkən şəxsi fermasının olduğunu deyib.

Buna reaksiya olaraq münsif kürsüsündə oturan bəstəkar-müğənni Murad Arif isə Əməkdar artist Vasif Məhərrəmlinin ferması olduğunu açıqlayıb:

"Coşqun müəllim demişkən, burada hamının sirləri açılır. Mənə deyilənə görə, Vasif Məhərrəmlinin ferması var".

Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənni Nigar Camal, aparıcı Kamilə Babayeva əyləşib.

"Cəngavər" maskası altından müğənni Zamiq Hüseynov çıxıb.  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top