Dostuna xəsarət yetirdi, o isə...— TƏFƏRRÜAT

KRİMİNAL 09 yan 2024, 16:29
Bakının Xəzər rayonunda 1983-cü il təvəllüdlü Elşad münaqişə zamanı dostu Fəridə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsində baş verib. Elşad tanışı Fəridin onun arvadı ilə cinsi əlaqədə olması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı onun bədəninin müxtəlif yerlərinə qəsdən yumruq, təpiklə vurub. Fərid hadisə zamanı xəsarət alıb.

Hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb. Zərərçəkmiş isə təqsirləndirilən şəxslə barışmasını, ondan şikayətçi olmaması barədə məhkəməyə ərizə təqdim edib. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top