Qızılca ilə bağlı vəziyyət epidemik səddən artıqdır

SOSİAL 22 dek 2023, 15:33
Qızılca xəstəliyi ilə əlaqədar hazırki vəziyyət epidemik səddən artıqdır.

Bunu "Report"a açıqlamasında epidemioloq Nigar Mütəllibova deyib.

O bildirib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır, peyvəndləmə işləri davam etdirilir: "Hazırkı vəziyyət epidemik səddən artıqdır, lakin bir az stabilləşməni də müşahidə edirik. Peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunma tendensiyasını müşahidə edirik. Prosesdən kənarda qalmış uşaqlar peyvənd üçün mütləq gətirilməlidir. Əvvəl peyvənd olunmuş, lakin yenidən peyvəndə ehtiyac olan uşaqlar da bu prosesdən kənarda qalmamalıdır. Qarşıdan yeni il şənliyi gəlir. Valideynləri uşaqların sıx toplaşdığı yerlərdən kənar durmağa çağırırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top