Avropa İnvestisiya Bankının yeni prezidenti məlum oldu

İQTİSADİ 08 dek 2023, 20:59
İspaniyalı nazir Nadia Kalvino Avropa İnvestisiya Bankının yeni prezidenti olacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, İspaniyanın maliyyə naziri Nadia Kalvino Aİ-nin maliyyə nazirləri arasında uzun müddətdir davam edən çəkişmənin ardından Avropa İnvestisiya Bankının (AİB) növbəti prezidenti seçilib. 

Kalvino jurnalistlərə açıqlamasında həmkarlarının dəstəyini aldığı üçün minnətdar olduğunu söyləyib.

Həmçinin bu dəstəyin keçən bir il ərzində zəhmətlə qazanılan hörmət, təqdir, və liderliyi əks etdirdiyini vurğulayıb.

Aysu
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top