Axtarışda olan 663 şübhəli saxlanıldı

REGİON 08 dek 2023, 18:14
Türkiyədə həyata keçirilən ictimai asayiş əməliyyatında axtarılan 663 şübhəli saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin İstanbul şəhərində ictimai asayişin təhlükəsizliyi üçün yoxlamalar həyata keçirilib.

Yoxlamalar zamanı müxtəlif cinayətlər törətdiyinə görə axtarışda olan 663 nəfər və qaçan 127 şəxs tutulub, 483 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

Axtarışlar zamanı həmçinin 79 ədəd sənədsiz tapança və tüfəng, 7 ədəd boş tapança, 333 ədəd patron, narkotik vasitə, 41 ədəd narkotik həb və 3 min 770 lirə ələ keçirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top