Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçirilir — YENİLƏNİB

XARİCİ SİYASƏT 05 dek 2023, 12:24
Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları da iştirak edirlər.

Tərəflər Xəzər dənizində əməkdaşlığın inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.


***
08:00


Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.


Demokrat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top