Baş Prokurorluqda media nümayəndələri üçün interaktiv təlim keçirildi — FOTOLAR

MEDİA 27 noy 2023, 15:44
Bu gün Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

Demokrat.az
xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə baş tutan interaktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı həmçinin, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, bu cür təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top