İsrail Dəməşq hava limanına hücum edib

DÜNYA 26 noy 2023, 21:40

İsrail hərbçiləri Dəməşq beynəlxalq hava limanının uçuş-enmə zolağına zərbələr endirib.

Bu barədə Suriya hökumətinin radiostansiyası məlumat yayıb.

Verilən məlumata görə, bütün müntəzəm reyslər Hələb və Latakiya hava limanlarına köçürülüb. Zərbələr nəticəsində dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.

Xatırladaq ki, daha əvvəl radio Dəməşq ətrafında yerləşən Mezze və Muadamiya rayonlarında partlayışlar baş verdiyini xəbər vermişdi.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top