Serenay Sarıkaya bu müğənni ilə sevgilidir

ŞOU-BİZNES 11 noy 2023, 16:30
Tanınmış aktrisa Serenay Sarıkayanın müğənni Mert Demirlə sevgili olduğu iddia edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Belə ki, M.Demirin sonuncu “Ateşe düşdüm” mahnısının fonunda eşidilən səs Serenay Sarıkayaya məxsusdur. Cütlüyün bu mahnıdan sonra görüşməyə başladığı bildirilir.

İkili yaxın ətraflarına bir-birini tanımaq mərhələsində olduqlarını bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl iş çoxluğundan sevgi münasibətinə vaxt tapa bilmədiyini deyən Sarıkaya ötən həftə “həyatınızda kimsə varmı?” sualına “kim olsun, nə zaman olsun? Yalnızlıq çox gözəldir” deyə cavab vermişdi. Mert Demirin adı isə bir müddətdir aktrisa Seray Kaya ilə hallanırdı.

Xatırladaq ki, Mabel Matizlə birlikdə ifa etdiyi “Antidepressant” mahnısı ilə şöhrət qazanan Mert Demir, hazırda “Ateşe düşdüm” adlı sinqlı ilə məşhurlaşıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top