Vəkillər Kollegiyasının sədri: “Hüquq ixtisasından məzun olanların sayı çox azdır”

SOSİAL 05 noy 2023, 14:45
“Hüquqşünas məzunların azlığı mövcud olan problemlərdən biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda hüquq ixtisasından məzun olanların sayı çox azdır”.

“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ölkədə hüquqşünaslara xeyli tələbat var: “Aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Son günlər Xankəndidə Hüquq Universitetinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Ölkədə hüquq elmi məktəbi kifayət qədər güclənməlidir. Xaricdə təhsil alan hüquqşünaslar elmi işlərə cəlb olunmalıdır.

Təəssüf ki, bu gün biz bunu görmürük. Universitetlər hüquq sahəsi üzrə dərs deyən müəllimlərin məvaciblərini artırmalıdırlar. Hüquq elminə marağın olmamasının digər səbəbi də əmək haqlarının az olmasıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top