“Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsindən korrupsiya qoxusu gəlir” — RƏY

XARİCİ SİYASƏT 05 okt 2023, 18:06
“Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etməsindən korrupsiya qoxusu gəlir”.

Bu sözləri “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır:

"Avropa Parlamentinin qətnaməsinin arxasında şübhəsiz ki, korrupsiya dayanır. Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Bilirsiniz ki, Avropa Parlamentinin vitse-spikeri korrupsiyaya görə də həbs edilib. İstisna deyil ki, o ənənələr Avropa Parlamentində hələ də davam etdirilir. Mənə elə gəlir ki, müvafiq hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdırlar və bu siyasi korrupsiyanın qarşısını almalıdırlar".

Deputat Azərbaycana qarşı qəbul edilən qətnaməni qərəzli hesab etdiyini bildirib: "Mən buna başqa qiymət verə bilmərəm. Çünki bu qərəzli qətnamədir. Ondan korrupsiya qoxusu gəlir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top