Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlığı yüksək qiymətləndirilib

XARİCİ SİYASƏT 30 sen 2023, 13:14
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlığını yüksək qiymətləndirib.

Demokrat.az xəbər verir ki, bu barədə o, sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu qeyd edərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirib.

Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top