Ağdərə, Xocavənd və Əsgərandan 5 min sakin təxliyə edilib — Rusiya MN

QARABAĞ 21 sen 2023, 08:57
Rusiya sülhməramlıları Qarabağın üç rayonundan 5 min insanı təxliyə edib.

Demokrat.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sülhməramlılar Bakı, İrəvan və Xankəndi ilə davamlı qarşılıqlı fəaliyyət davam etdirir.

Aktiv hərbi əməliyyatlar başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Əsgəran rayonlarından dinc sakinləri təxliyə ediblər. Sülhməramlı kontingentə 5 minə yaxın insan təhvil verilib.

Bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Rusiyanın hərbi həkimləri onlara ixtisaslı tibbi yardım göstərirlər.

Vəziyyət gecə-gündüz nəzarətdə saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top