Kral III Çarlz Liviyaya başsağlığı verdi

DÜNYA 14 sen 2023, 13:56
İngiltərə kralı III Çarlz minlərlə insanın həyatını itirdiyi sel fəlakəti ilə əlaqədar Liviyaya başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakingem Sarayından verilən açıqlamada bildirilib.

Açıqlamaya görə, Kral Çarlz və həyat yoldaşı Kraliça Kamilla ünvanladıqları başsağlığı mesajında insan itkilərinə görə böyük kədər ifadə ediblər:

"Belə ağır şəraitdə xilasetmə işlərində yorulmadan iştirak edən hər kəsə minnətdarıq və onların fədakar cəsarətini alqışlayırıq. Bilirəm ki, hökumətimiz sizin ehtiyaclarınızı dəstəkləməyə hazırdır. Faciədə yaxınlarını itirən hər kəsə səbr diləyirik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top