ABŞ-ın Vaşinqton ştatında tütün məmulatları mağazasına silahlı hücum edilib.
Demokrat.az xəbər verir ki, verilən açıqlamaya görə hadisə səhər saatlarında baş verib.
Hücum zamanı 3 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb.
Hadisə yerindən 5 silah tapıldığını qeyd edən poli hücumu törətməkdə şübhəli bilinən şəxslər barədə məlumat verməyib. Həmçinin ölənlərin kimliyi də açıqlanmayıb.
Hadisənin səbəbləri araşdırılmağa davam edir.
Aysu Demokrat.az

