ABŞ-də erməni təxribatının qarşısını alarkən saxlanılan həmyerlimiz sərbəst buraxıldı — FOTO

DİASPOR 18 avqust 2023, 12:50
ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.

Demokrat.az
report-a istinadən xəbər verir ki, iki gün əvvəl ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən erməniləridən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz növbəti məhkəməyə qədər azadlığa buraxılıb. 

M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə ittiham edib.

ABŞ dövlətinin A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası həmyerlimizlə bağlı şikayət üzrə prosesin davam etdiriləcəyini deyib. 

O qeyd edib ki, növbəti məhkəmə tarixi sentyabr ayının sonlarına təyin olunub. 

Vəkil A.Zeynalovanın müdafiəsi üçün məhkməyə qədər insidentə dair zəruri olan bütün dəlillərin və məlumatların toplanacağını bildirib.

Azərbaycanın ABŞ səfirliyindən "Report"a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top