Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

HADİSƏ 10 avq 2023, 00:20
Biləsuvar rayonunda yol qəzası baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbarı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı pikap tipli avtomobil aşıb. Qəza nəticəsində Bayram Mehrəliyev, Kəmaləddin Əsədov və Teyyub Əsədov xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top