Minatəmizləmə ilə məşğul olan şəxslər ən təhlükəli işlərdən birində çalışır. Onların həyatı hər saniyə risk altındadır. İnsan həyatı və sağlamlığı üçün birbaşa risk daşıyan minatəmizləmə fəaliyyəti bu işlə məşğul olan insanların həyati sığortası barədə düşünməyə ciddi əsas verir.
Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, əslində, bu istiqamətdə qanunvericilik mövcuddur.
Onun sözlərinə görə, 2011-ci ildən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari sığorta haqqında” Qanun qüvvədədir:
“Həmin Qanunun 13-cü maddəsinə əsasən hər il Nazirlər Kabineti həm sığorta tariflərini, həm də risk qruplarını müəyyən etməlidir. Təəssüf doğuran məqam odur ki, 2011-ci ildən sonra NK hər il dekabrın 30-da bu siyahını yeniləməli olsa da, yeniləmir. Çünki əmək bazarında monitorinq aparılmalı, risk dərəcələri, baş verən dəyişikliklər qeydə alınmalıdır. Həmin qanunda riskli peşələrin adları sadalanıb. Amma orada minatəmizləmə qeyd olunmur”.

S.Məmmədov qeyd edib ki, sözügedən qanunun 13-cü maddəsinə istinad etməklə müvafiq qurumlar bütün istehsalat sahələri, iş yerləri üzrə risklərin dərəcəsini bir daha müəyyənləşdirməlidir:
“Qanunda 14 riskli peşə öz əksini tapıb. Minaxtarma ən riskli sahələrdən biri kimi oraya əlavə edilməlidir. Minaaxtaranlarla əmək müqaviləsi bağlanan zaman onlar da digər peşə sahibləri kimi istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi hallarından icbari sığorta olunurlar.
Sığorta hadisəsi baş verdikdə, yəni minaaxtaran bu səbəbdən əlillik dərəcəsi aldıqda sığorta şirkəti tərəfindən buna uyğun olaraq birdəfəlik, aylıq və müalicə xərclərini qarşılamaq üçün vəsait ödənməlidir.
Əgər vəfat edərsə, onun 18 yaşına çatmayan övladı üçün də şirkət kompensasiya ödəməlidir. Bunlar müvafiq qanunda öz əksini tapıb. Sadəcə NK qanuna uyğun olaraq minaaxtarma işinin risk dərəcəsini müəyyən etməlidir. Onlar sığortalanır, amma yaxşı olardı ki, qeyd etdiyim məqam da nəzərə alınsın”.
Törə Zeynallı
Demokrat.az