Qurban Yetirmişlidən zəlzələ açıqlaması: “Yaxın zamanlarda...”

SOSİAL 11 iyl 2023, 10:26
Bu gün yerli vaxtla saat 02:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Narahatçılığa heç bir səbəb yoxdur", - deyə Q.Yetirmişli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top