“Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”, - deyən Ümumilli Lider Heydər Əliyevin bu sözləri ölkədə əqidə və vicdan azadlığının ən yüksək səviyyədə qorunduğunu bizlərə bir daha xatırladır.
“Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir”.
Bu fikirləri isə hələ 2004-cü ildə Bakıda “Cənubi Qafqazda tolerantlığın formalaşmasında İslamın rolu” mövzusunda keçirilən seminarda Almaniyanın Azərbaycandakı keçmiş səfiri Klaus Qrevlix səsləndirmişdi.

Səfirin təbirincə desək, tolerantlıq ölkəmizin vizit kartına çevrilib. Azərbaycan çoxsaylı millətlərə və müxtəlif dinlərə qucaq açan bir məmləkətdir. Statistikaya ehtiyac görmürəm. Təkcə onu misal çəkmək kifayət edir ki, ölkədə 30 mindən çox erməni əsilli şəxs yaşayır və paytaxtın mərkəzində yerləşən erməni kilsəsi ən yaxşı şəkildə qorunub saxlanılmaqdadır.
Ölkədə tolerantlığın bərqərar olmasında hər nə qədər xalqımızın əsrlərdən bəri formalaşmış, genetikasına hopmuş milli xüsusiyyətləri, mədəni, mənəvi dəyərləri öz sözünü desə də, dövlətin bu yöndə yürütdüyü siyasət, bütün millətlərdən və dinlərdən olan şəxslərin bərabər hüquq və azadlıqlar çərçivəsində yaşayışının təmin edilməsi açar rolunu oynayır. Tolerantlığın açarı isə dini təhlükəsizlikdir.
Qloballaşan dünyada, xüsusilə XX əsrin sonlarından etibarən din beynəlxalq aləmdə güclü ideoloji təsir vasitəsinə çevrildi. Dinlərdən ideoloji məqsədlər üçün istifadə edilməsi tendensiyası bu gün də mövcuddur. Dünyanın bir çox ölkəsində din adı altında sabitlik pozulur, ictimai – siyasi vəziyyət gərginləşdirilir. Bir çox halda isə dindar, lakin dini savada malik olmayan şəxslərin inancından istifadə edilərək, müxtəlif məqsədlər üçün alətə çevrildiyinin şahid oluruq. Bu gün terrorçu qruplaşmaların əllərində bayraq etdiyi vasitələrdən birincisi məhz dindir.

İŞİD, Əl Qaidə, Taliban kimi qlobal təhlükə saçan terrorist güclər islam sancağına bürünərək dünyanın müxtəlif ölkələrində insidentlər törədir, insan ölümlərinə səbəb olur, dövlətlərin təhlükəsizliyini təhdid edirlər. 2001-ci ilin 11 sentyabr hadisələri, Suriyada, İraqda yaşananlar, vətənlərindən didərgin düşən əfqanlar terrorizm səbəbilə 21-ci yüzilin şahid olduğu dəhşətli mənzərələrdəndir.
“Media istiqaməti düzgün təyin edib, doğru yola yönləndirməlidir”
Bu sadalananlar və daha neçə belə anoloji hadisələr bir daha dini təhlükəsizliyin bütün dünyanın gündəmində dayanan ən aktual məsələlərdən biri olduğunu deməyə əsas verir. Bu həm də elə bir mövzudur ki, tək dövlətin təhlükəsizlik qüvvələrinin gördüyü tədbirlər kifayət etmir, cəmiyyət özü də burada ayıq-sayıq olmalıdır. Cəmiyyətin görən gözü, eşidən qulağı, yazan əli isə şübhəsiz ki, mediadır. Dini təhlükəsizliyin möhkəmləndirilməsində “dördüncü hakimiyyət” adlandırdığımız kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Ölkədə dini təhlükəsizliyin qorunması, gənclərin sağlam ideologiya ilə yetişməsi, düzgün dini təbliğatın aparılması, vətəndaşların dini ekstremizm və radikalizm toruna düşməməsi üçün media konkret öhdəliklər daşıyır, deyə bilərik. Aktuallığını itirməyən din və media mövzusu dini təhlükəsizliyin diqqətdə saxlanılmasına, cəmiyyətdə təhlükəli tendensiyaların formalaşmasının qarşısını almağa xidmət edir.
Dini təhlükəsizliyin qorunması həssas və dəqiq yanaşma tələb edən məsələdir. Yanlışlığa yol vermək, etibarsız mənbələrə əsaslanmaq, təsdiqlənməmiş hər hansı məlumat yaymaq ictimaiyyətdə çaşqınlıq yarada, insanlarda narahatlıq doğura bilər. Nəzərə alsaq ki, ölkədə dini savadı olmayan, lazımi biliklərə yiyələnməmiş, dini xürafatla səhv salan insanların sayı heç də az deyil, o zaman mövzunun əhəmiyyəti özünü daha qabarıq büruzə verir.

Tanınmış jurnalist Vüsal Məmmədovun fikrincə, din insanın mənəvi dünyasını tənzimləyən bir vasitə olmalıdır. İnsan həyatının yalnız mənəvi sferasında qüvvədə olmalı, siyasi, ictimai və digər tərəflər dini normalarla nizamlanmamalıdır:
“Din mənəviyyat əhatəsindən çıxaraq ictimai – siyasi münasibətləri tənzimləmək iddiasından çıxış edərsə, o zaman bu, cəmiyyətdə dini təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. Bunun sonu ekstremizmlə nəticələnər. Səbəb sadədir - bir çox hallarda dini normalarla siyasi və ictimai normalar üst-üstə düşmür. Bu zaman cəmiyyətdə radikal qüvvələr formalaşır, insanların hüquqlarını pozaraq şəxsi həyatlarına qarışır, oturuşmuş normalara qarşı çıxırlar. Bu məsələdə medianın rolu cəmiyyətdə dinin tutduğu yeri xatırlatmaqla maarifləndirmə işləri aparmaq olmalıdır.
Media insanlara izah etməlidir ki, din harada, insan həyatının hansı hissəsində olmalı, hansı münasibətləri tənzimləməlidir. Media profilaktik tədbirlər də görməlidir ki, radikalların, ekstremistlərin cəhdlərinin qarşısı əvvəlcədən alınmış olsun. Həmçinin dinlərarası ədavət və bir dinin məzhəbləri arasında qarşıdurmanın nə olduğu vaxtaşırı cəmiyyətə izah edilməli, bununla bağlı problemlər şərh olunmalıdır. Media dindarları dözümlü olmağa səsləməlidir. Eləcə də bütün insanlar arasında dini zəmində tolerantlığı təşviq və təbliğ etməlidir”.

V.Məmmədov ölkədə dini təhlükəsizliyin qorunmasında KİV-in fəaliyyətini müsbət qiymətləndirib, medianın bu məsələyə biganə olmadığını vurğulayıb:
“Azərbaycanda dini təhlükəsizlik problemi o qədər də kəskin deyil. Mediada mütəmadi bu barədə yazılar dərc edilir, düzgün təbliğat aparılır. Hərçənd düşünürəm ki, fəallığın bir qədər artırılmasına da ehtiyac var”.
Peşəkar media sosial şəbəkə təhdidlərini zərərsizləşdirməlidir
Tarixən ölkədə mövcud olan tolerantlıq mühiti dini təhlükəsizliyə qarşı, əlbəttə ki, əsas “immunitet”dir . Lakin bununla yanaşı, Azərbaycanda dini sabitliyə xarici təhdidlərin olması da bir həqiqətdir. Xüsusən sosial medianın önəmli söz sahibi olduğu bir çağda bu hal narahatlıq yaratmaqdadır. Həm Azərbaycanda fəaliyyət göstərən müxtəlif qrupların media vasitəsilə zərərli təbliğatı, həm də kənardan ölkəyə radikalizm və dini bölücülük fikirlərinin daxil olması cəhdləri davam etməkdədir. Bunların bir qisminə ölkədə giriş məhdudlaşdırılsa da bir qismi, xüsusən də sosial media üzərindən olanlar hələ də aktiv şəkildə fəaliyyətini davam etdirir. Deməli, medianın digər bir vəzifəsi də dövrün trendi olan sosial şəbəkələrdə yayılan təhlükəli informasiyalara qarşı mübarizə aparmaq olmalıdır. Dini təhlükəsizliyin qorunması və düzgün təbliğat istiqamətdə KİV arasında yazılı media ilə müqayisədə televiziya və radiolar passiv fəaliyyət göstərir. Son illər televiziyaların fəaliyyətindən vətəndaşlar, ekspertlər, ictimaiyyət xadimləri və cəmiyyətin digər nüfuzlu şəxsləri narazılıq ifadə edir.
Təəssüf ki, bu, həqiqəti əks etdirir. Əksər yerli televiziya kanalları bayağı verilişlərə, daha çox şou proqramlara, əyləncəyə yer ayırır. Din barədə düzgün məlumat verən, ekstremizm və radikalizmin qarşısının alınması yönündə maarifləndirici verilişlərə, çıxışlara efirlərdə çox az rast gəlirik. Dini təhlükəsizliyin təmin olunması həm də onun düzgün təbliğindən keçir. Kanallarda buna dair verilişlərlə qarşılaşmayan, savadlı din xadimlərinin fikirlərini eşitmək imkanından məhrum olan gənclər, yeniyetmələr çox asanlıqla sosial şəbəkələrdə yanlış təriqətlərin, radikal qruplaşmaların, təhlükəli xarici ünsürlərin qurbanına çevrilə bilər.

“Media ayıq-sayıq olmalıdır”
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dini təhlükəsizlik məsələsində medianın fəaliyyəti və vəzifələrini belə izah edib:
“Ümumilikdə son illərdə dini təhlükəsizliyin qorunmasında medianın roluna nəzər saldıqda görürük ki, yayımlanan dini məlumatların keyfiyyəti müsbət mənada artıb. Son bir neçə ildə ölkədə kütləvi informasiya vasitələrində, xüsusilə yazılı mediada, eyni zamanda elektron informasiya portallarında dinlə bağlı sanballı materiallara rast gəlinir. Bu, müsbət haldır. Lakin bununla yanaşı, bəzi problemlərin mövcudluğu da danılmaz faktdır. Narahatedici məqamlardan birincisi odur ki, mediada bəzən din haqda məlumatı olmayan və ya az məlumatlı insanlar ekspert kimi önə çəkilir, onların rəyləri ictimaiyyət arasında yayılır.
Bəzən efirlərdə ilahiyyatçı kimi tədqim olunan şəxslərin çox primitiv məlumatlara malik olduğunu görürük, amma nədənsə cəmiyyətə savadlı mütəxəssis kimi tanıdılır. Bu da din haqqında informasiyalarda istər-istəməz əksikliyə yol açır, yanlış təbliğata şərait yaradır. Tövsiyəm odur ki, media quruluşları ilahiyyat sahəsində mütləq alimlik dərəcəsinə çatmış, akademik dərəcəsi olan şəxslərə müraciət etsinlər. Populist çıxışlar, yetəri dini savadı olmayan şəxslərə mediada söz haqqı verilməsi ölkədə dini təhlükəsizliyə risk yarada bilər. İkinci problemli hal ondan ibarətdir ki, nüfuzlu nəşrlərdə və saytlarda olmasa da, xüsusilə yutub üzərində fəaliyyət göstərən bəzi kanallarda məzhəblərarası ədavəti təşviq edən, dinlərarası ədavətə yol açan ifadələrə yer verilir, mübahisələrə səbəb olacaq verilişlər yayımlanır. Bu da özlüyündə insanların dini mövzularda maariflənməsinə əngəl törədir.

Digər bir təhlükəyə da diqqət çəkmək istəyirəm. Yutub sosial şəbəkəsində fəaliyyət göstərən bəzi kanallar radikal qruplaşmalar tərəfindən yaradılan mənbələrdir. İnsanları radikalizmə sövq edən, onların dini dünyagörüşlərinin siyasi ideologiya müstəvisində formalaşması məqsədini güdən proqramların olması təəssüfləndirici məqamdır. Vətəndaşlar bu kimi mövzularda diqqətli olmalı, hər informasiyaya inanmamalı, etibarlı dini mənbələrə üz tutmalıdırlar. Medianın da üzərinə vətəndaşların dini cəhətdən maariflənməsində ciddi öhdəliklər düşür. Jurnalistlərimizin, media nümayəndələrimizin bu istiqamətdə səylərini artırmasında fayda var”.
Son olaraq qeyd edək ki, hazırda media və din sahəsində aparılan fəaliyyət təqdirəlayiqdir. Xüsusilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin medianın dini sahədə maariflənməsinə köməklik göstərməsi müsbət hal kimi qeyd olunmalıdır. Komitə bugünədək bir çox maarifləndirici tədbirlər keçirib. Sosial şəbəkələrdə bəzən dini ekstremizm işartıları görünən paylaşımlar olsa da, ümumilikdə ölkə mediasının dövlətimizin etiqad azadlığı və dini təhlükəsizlik məsələsində həyata keçirdiyi uğurlu siyasətlə yanaşı addımladığını söyləmək mümkündür.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.