Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gözlənilən səfəti həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazın gələcəyi üçün yeni mərhələnin başlanğıcıdır.
Səfər zamanı Vaşinqtonda Prezident İlham Əliyevlə Donald Trampın təkbətək görüşü keçiriləcək. Bununla yanaşı, Azərbaycan və Ermənistan liderləri sülh sazişi üzrə müzakirələr aparacaq. Yekunda ABŞ prezidentinin də iştirakı ilə birgə bəyanatın verilməsi gözlənilir. Səfər proqramı onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətlərində və regionumuzda yeni mərhələ başlana bilər. Bu gözləntini yüksəldən əsas amillərdən biri məhz ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi siyasət, qlobal proseslərə yanaşmaları və Azərbaycan Prezidenti İlham Əliyevlə olan münasibətləridir.
Prezident İlham Əliyevlə Donald Trampın sülhpərvər mövqeyi...
Prezident İlham Əliyevin regionumuzda və qlobal müstəvidə baş verən proseslərə yanaşmaları Donald Trampla böyük ölçüdə üst-üstə düşür. Azərbaycan Prezidenti həm Cənubi Qafqazda, həm də dünyada sülhün əsas tərəfdarıdır. Təsadüfi deyil ki, ölkəmiz bir çox konfiliktin həlli üçün dialoq məkanı rolunu oynayıb. İndiyə qədər ABŞ-Rusiya, NATO-Rusiya, eyni zamanda, Türkiyə-İsrail, İsrail-Suriya danışıqlarına dəfələrlə ev sahibliyi etmişik.
Cənubi Qafqazda sülh perspektivlərinin əsas təşəbbüskarı Azərbaycandır. Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın müddətdə Ermənistan işğal siyasətinə əsaslanaraq, sülh danışıqlarını imitasiya edirdi. Nəhayət 44 günlük müharibə ilə Azərbaycan torpaqlarını azad etdi, 2023-cü ildə 24 saatlıq anti-terror əməliyyatı nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Bundan sonra Ermənistanın anti-sülh siyasəti alt-üst edildi. Müharibənin qalib tərəfi olan Azərbaycan regionun gələcəyi naminə sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu məqsədlə beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürdü. Bütün bunlar Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhə və sabitliyə əsaslanan gələcək planlarından qaynaqlanır. ABŞ prezidenti Donald Trampın qlobal siyasəti də məhz sülhə və sabitliyə əsaslanır. Prezident İlham Əliyev Trampın bu siyasətini belə qiymətləndirib.
“Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”, - dövlət başçısı vurğulayıb.
Bu baxımdan, Prezident İlham Əliyevlə Prezident Donald Trampın həm Cənubi Qafqazın, həm də dünyanın gələcəyi ilə bağlı mövqeyi və gündəliyi eynidir.
Vaşinqtonda sülh gözləntiləri...
Vaşinqtonda Trampın təşəbbüsü ilə baş tutacaq Azərbaycan-Ermənistan danışıqları sülhün əldə edilməsi gözləntilərini yüksəldir. Çünki Tramp sələflərindən fərqli olaraq, Cənubi Qafqaz siyasəti balansa söykənir və əsas hədəfi sülhün əldə edilməsidir. Bununla yanaşı, artıq Vaşinqtonda Ermənistanın anti-sülh siyasətini dəstəkləyən “bataqlıq” Tramp tərəfindən böyük ölçüdə qurudulub. Prezident İlham Əliyev də III Şuşa Qlobal Forumunda çıxışı zamanı Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə göstərdiyi kömək etmək səylərinə görə minnətdarlıq bildirib.
“O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”, - dövlət başçısı qeyd edib.
Bunun fonunda hər şey yenə də Ermənistanın konstruktiv mövqeyindən asılı olacaq. Çünki rəsmi Bakının haqlı tələbləri var. Bura Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi, eləcə də de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure buraxılmasıdır. Həmçinin, Zəngəzur dəhlizinin açılması da əsas prioritetlırdən biridir. ABŞ tərəfi bu məsələdə xüsusi təşəbbüslə çıxış edib. Gözləniləndir ki, Vaşinqtonda sülh istiqamətində mühüm irəliləyiş əldə olunsun. Azərbaycanın da əsas gözləntisi odur ki, Tramp Ermənistanın qeyri-konstruktiv yanaşmalarını aradan qaldırmağa və regionda anti-sülh çağırışlarını dəstəkləyən lobbi qruplarının təsirlərini minumuma endirməyə nail olacaq.
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ...
Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan və ABŞ arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq. Bunu əsasıandıran bir neçə amil var.
Birinci amil Trampın ilk prezidentliyi dövründə Azərbaycanla münasibətlərə xüsusi önəm verməsidir. Təsadüfi deyil ki, Trampın birinci hakimiyyəti dövründə (2016-2020) erməni diasporu və lobbisinin ABŞ-ın xarici siyasətinə təsiri aradan qaldırıldı və Azərbaycanla münasibətlər amerikalıların milli maraqlarına uyğun həyata keçirildi. 2020-ci ildə 44 günlük müharibə zamanı Tramp Administrasiyasının neytral mövqeyi də bunun əsas nümunələrindən biridir.
İkinci amil Trampın hakimiyyətə yenidən gəlişindən sonra Azərbaycanla münasibətlərə xüsusi önəm verməsidir.
Trampın prezident seçilməsindən sonra ABŞ və Azərbaycan liderləri arasındakı təmaslar bunun real nümunəsidir. Prezident İlham Əliyev prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycan-ABŞ münasibətlərində Bayden Administrasiyası dövründə süni şəkildə yaradılmış prolemlərin aradan qaldırılacağına ümidvar olduğunu bəyan etmişdi. Daha sonra İlham Əliyev və Donald Tramp arasındakı telefon söhbətində də ikitərəfli münasibətlərin inkişafı məsələləsi müzakirə olundu.
Donald Trampın da Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubları eyni əhval-ruhiyyəni özündə əks etdirib. ABŞ-ın yeni administrasiyası Azərbaycanla əməkdaşlığaı xüsusi önəm verir və əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı mövqedən çıxış edir. Trampın Prezident İlham Əliyevin fikirlərini paylaşması isə həm iki lider arasındakı münasibətlərin yüksək səviyyəsindən, həm də hər iki liderin regionumuz və dünyanən gələcəyi ilə bağlı eyni mövqedən çıxış etməsinin real nümunəsidir.
Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bildirdi ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələrin olacağına ümid edir: “Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.
Tramp “Truth” sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşdı və bununla Azərbaycan liderinin mövqeyi ilə razılaşdığını nümayiş etdirdi. Prezidenti İlham Əliyev də “X” sosial şəbəkəsində Trampa təşəkkür mesajı ünvanladı.
Dövlət başçısı Trampın onun Şuşa Forumundakı çıxışından sitat paylaşmasına münasibət bildirərək qeyd edib:
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.
Bütün bunlar Azərbaycan-ABŞ münasibətlərində Bayden Administrasiyasının birtərəfli və ədalətsiz siyasəti nəticəsində yaranmış problemlərin aradan qalxdığı deməyə əsas verir, eyni zamanda, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır.
Vaqif Hüseynli
Demokrat.az