Sudanda uçuşlara qoyulan qadağanın müddəti uzadılıb

DÜNYA 13 may 2023, 20:55
Sudan hökuməti humanitar yardımlar istisna olmaqla, bütün təyyarələr üçün ölkənin hava məkanına qoyulan qadağanın müddətini uzadıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qadağanın müddəti bu ayın sonuna qədərdir.

Sudanın Nazirlər Kabineti beynəlxalq ictimaiyyətdə humanitar yardımın birbaşa çatdırılacağı məntəqələri açıqlayıb.

Həmin yerlər Port Sudan şəhərinin dəniz və hava limanı, paytaxtın beynəlxalq hava limanı və şimalında yerləşən Vadi Səidna hava limanıdır.

Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında baş verən silahlı qarşıdurmada 154 mindən çox insan ölkəni tərk edib.

Qeyd olunub ki, 700 minə yaxın insan isə məcburi köçkün vəziyyətinə düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top