Ayı turist ilə selfi çəkdirdikdən sonra onu parçaladı

DÜNYA 11 iyul 2025, 10:03
Rumıniyada italiyalı turist heyvanı yedizdirmək istəyərkən qonur ayının hücumuna məruz qalıb və öldürülüb.

Demokrat.az “Bild”ə istinadən xəbər verir ki, polis onun telefonunda vəhşi heyvanların onlarla foto və videoları tapıb. Bu fotolarda onun təkrar-təkrar ayılara həddən artıq  yaxınlaşdığı görünür.

48 yaşlı Ömər Z. cümə axşamı səhər öz motosikleti ilə Rumıniyada heyrətamiz mənzərələri ilə tanınan mənzərəli dağ yolu olan Transfaqarasan şossesi ilə hərəkət edib. Burada turistlər arasında təhlükəli tendensiya yayılıb: qonur ayıları yemləmək. Yemək çağırışına gələn heyvanlarda insanlardan qorxu hisisni getdikcə itir.  Bu səbəbdən hazırda marşrut boyunca onlarla xəbərdarlıq nişanı quraşdırılıb.

İstintaqın məlumatına görə, kişi bu nişanlardan birinin düz qarşısında dayanıb.

“O, motosikletindən düşüb ayıya yemək təklif edir. Hücumdan bir az əvvəl çəkilmiş fotoşəkillər də telefonda tapılıb. Ayı getdikcə yaxınlaşır. Bunlar yaxından çəkilişlərdir”, – meşə təsərrüfatı xidmətinin əməkdaşı Armand Çiriloiu Rumıniya televiziyasına bildirib.

“Budur, ayı, necə də gözəldir, mənə tərəf gəlir!”- italyalı turist videoda deyir. Sonra heyvan ona hücum edir. Şahidlər hücumdan sonra ayının cəsədi meşəyə sürüklədiyini və hadisəyə şahid olan sürücülərin təcili yardım çağırdığını bildirib.

Köməyə gələn silahlı əməkdaşlar hadisə yerinə çatanda tursit artıq ölmüşdü. Ayı xilasedicilərə hücum edəndə ona atəş açılıb. İlkin məlumata görə, bu, balalarını qoruyan ana ayı olub.

Səlahiyyətlilərin məlumatına görə, ərazidə 100-dən çox qonur ayı yaşayır. Təkcə son bir ayda onlar qeyri-qanuni qidalanma zamanı üç turistə hücum ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top