Yarımfinal mərhələsinə İtaliyada start veriləcək — Avropa Liqası

İDMAN 11 may 2023, 07:54
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Demokrat.az
xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu

23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top