"Qarabağda yaşayan və qanunlarımıza əməl edən ermənilər Azərbaycan vətəndaşlığı ala biləcək"

QARABAĞ 06 may 2023, 12:29
"Qarabağda yaşayan və qanunlarımıza əməl edən erməniəsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək"

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, orada yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir: "Bununla bağlı hər hansısa qərar olacaqsa, biz də o qərarı icra edəcəyik. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda artıq istər səyyar, istərsə də "ASAN xidmət" təmin olunacaq ki, onlara sənəd verilsin".//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top