Məhsul bol, qiymət SƏRFƏLİ — Cəlilabadda kartof yığımına start verildi

İKT 04 may 2023, 08:32
Məhsul bol, qiymət sərfəli. Fermerlərin üzü gülür. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Cəlilabadda artıq yazlıq kartofun yığımına başlanılıb. Hazırda kiçik təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş məhsulun yığımı davam edir. 

Fermerlər bu il yeni “Arizona” kartof sortu  əkdikləri üçün üzləri gülür. Bunun  isə müxtəlif səbəbləri var. 

Uzun müddətdir təsərrüfatla məşğul olan Kamran Əyyubov deyir ki, bu ilki təsərrüfat çox yaxşı məhsul verib. Baxmayaraq ki, bir-neçə gün əvvəl əsən güclü külək və yağan dolu açıq sahələrdə əkilən təsərrüfatlara ciddi ziyan versə də istixana  şəraitində yetişdirilən kartofa zərərsiz ötüşüb. Çünki həm artıq məhsulun yığım vaxtıdır, həm də üstü bağlı olduğu üçün əks təsir edə bilməyib. 

Müsahibimiz  “Arizona” kartof sortunu ötəl il əkib və yaxşı nəticə əldə edib. Məhz bu səbəbdən bu mövsüm də  təsərrüfatında sözügedən kartof toxumundan istifadə edib. Bu sortun daha öncə əkdikləri  “Udaçi”, “Kemirov”, “Sverdlov”  sortlarından iki dəfə məhsuldar olduğu qeyd edib.

Qiymətlər ötən ildəkindən aşağı olsa da məhsul çoxluğu qiyməti tənzimləyir. 

Qeyd edək ki, hazırda kartofun hər kiloqramı üçün alıcılar fermerlərə 1 manat təklif edir.  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top