Şəkidə dolu bir sıra fəsadlar törətdi

HADİSƏ 30 apr 2023, 20:01
Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərinə dolu düşüb.

Yağıntı nəticəsində bəzi təsərrüfatlara və meyvə ağaclarına ziyan dəyib. Güclü külək nəticəsində adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb, bir neçə saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top