Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? — Ata təsdiqlədi: “Burda nə var ki…”

HADİSƏ 27 apr 2023, 17:45
Bu gün sosial şəbəkələrdə, bir çox “instagram” və “Tik-tok” səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Demokrat.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün azxeber.com əməkdaşı şəhidin atası Arif Mustafayevlə əlaqə saxlayıb.

Şəhid atası məlumatın doğru olduğunu bildirib: “Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?

O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib:”Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb”.

Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top