Gənc oğlan qonşu qadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 29 mar 2023, 16:48
Lənkəran rayonunda 1990-cı il təvəllüdlü Arzuman qonşusu Sevilə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 5 dekabr 2022 -ci ildə, saat 18 radələrində Lənkəran rayonu Sərinbulaq kəndində baş verib. 

Arzuman otlaq sahəsinə gedən yolda şəxsi münasibətləri zəminində Sevil ilə mübahisə edib. 

Arzuman Sevili itələyərək yerə yıxıb, ona alın nahiyəsində xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Arzumanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arzuman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, ailəlidir, 2 uşaq atasıdır: 

“Fəhləlik etməklə ailəmin dolanışığını təmin edir. Zərərçəkmiş Sevil qonşumdur. Zərərçəkmiş şəxs ilə aramızda münasibətlər yaxşı olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 18 radələrində küçə ilə qayınatası Seyfəddinin evinə gedərkən yolda olan zaman Sevil ona rast gəlib:

“Sevil qayınatamın onun bacısını ərə verdiyini, hazırda bacısının da boşandığını deyərək mübahisə etməyə başladı. Çıxıb gedən zaman Sevil əynimdə olan gödəkçədən tutdu. Bu zaman aramızda sözlə mübahisə baş verdi. Sevilə uzaq durmasını bildirdim. Lakin Sevil mənimlə mübahisə
etdiyinə görə əsəbləşdim. Onu divara tərəf itələdim və yerə yıxılaraq başı divara dəydi”.

Təqsirləndirilən şəxs deyib ki, Sevilin səhhətinin pisləşdiyini görüb və onu yerdən qaldırıb: 

“Evinə yola saldım. Həmin vaxtı ətrafda bizdən başqa heç kim olmayıb”. 

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top