Deputat AFFA-nı tənqid etdi: "Kəndlərdə futbol yoxdur, inkişaf etməyə imkan verilmir"

İDMAN 28 mar 2023, 15:15
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi ötən gün AVRO-2024-ün seçmə mərhələsində İsveçə 5:0 hesabı ilə məğlub olub. Dörd gün əvvəl Avstriyaya uduzan Azərbaycan millisinin ikinci oyunu da böyük hesabla ardıcıl məğlub başa vurması ciddi müzakirə yaradıb. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Canni De Byazinin dediyi kimi gözəl oynadıq:

"Bunlara nə qədər pul verib bura gətiriblər. Nə deyə bilərəm ki, "təbrik edirəm". Ölkəmizdə yaxşı məşqçilərimiz var, amma gedib haradan tapıb gətirirlər bunları? Yüksək məbləğdə pul verirlər, tərcüməçi filan gətirirlər. Nədir, bu?! 

Ümumiyyətlə, Azərbaycanda nə qədər uşaq futbolu yoxdur, rayonlarda stadionları da, olimpiya mərkəzi stadionları da boş qalacaq. Kəndlərdə futbol yoxdur, inkişaf etməyə imkan verilmir. Komandada yaxşı oyunçularımız var. Oyun idi ki, o?! O, uşaqların zəhmətinə heyfim gəlir. Utanmaz-utanmaz Azərbaycanın bombardini aparıb, ancaq Musa Qurbanlını oyunun qurtarmasına səkkiz dəqiqə qalmış buraxır. Hörmətsizlik edir! Elə bil Qurbanlıdan intiqam alır, Qarabağdan intiqam alır!".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top