Bakıda 1 yaşlı körpəsini öldürən ananın məhkəməsinin vaxtı açıqlandı

KRİMİNAL 24 mar 2023, 10:15
Bakıda 1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 27-nə təyin olunub. 
Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Rəsmi məlumata görə, ötən ilin  sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top