"Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü başa çatıb — FOTO

SOSİAL 09 fev 2023, 12:52
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan və 130 gəncin iştirak etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü başa çatıb. 5 gecə 6 gün davam edən layihə çərçivəsində ümumilikdə 7 görüş, 3 təlim, 6 mədəni-kütləvi tədbir, 2 yarış həyata keçirilib. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.  

"Qış Universiteti"nin sonuncu günündə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı gənc liderləri layihəni uğurla başa vurmaları münasibətilə təbrik edib və bütün iştirakçılar sertifikatlarla təltif olunub. Daha sonra Təşkilat Komitəsi və layihə iştirakçıları Bakıya doğru yola düşüb.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı olaraq layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi, Naftalan şəhər Heydər Əliyev Mərkəzi, Naftalan Şəhər Polis Şöbəsi və "Az-Granata" MMC-ə öz təşəkkürümüzü bildiririk.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top