Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi

DÜNYA 02 fev 2023, 23:51
Avropa Parlamenti Kiyevdə keçiriləcək sammitlə bağlı qətnamə qəbul edib.

Demokrat.az xəbər verir ki, qətnamədə Ukraynanın Aİ-nin vahid bazarına qoşulmasına imkan yaratmaq üçün növbəti addımları əks etdirən yol xəritəsinin dəstəkləməsi əks olunub.

Avropa Parlamentinin deputatları vurğulayırlar ki, üzvlük ləyaqətə əsaslanan prosesdir. Həmçinin, müvafiq prosedurlara riayət edilməsi,  Aİ ilə bağlı islahatların və üzvlük meyarlarının həyata keçirilməsidir.

 Qətnamədə həmçinin Aİ-yə üzv dövlətlər Kiyevə hərbi yardımı, xüsusən də silah-sursatla təminat, eləcə də zəruri siyasi, iqtisadi, infrastruktur, maliyyə və humanitar dəstəyi artırmağa və sürətləndirməyə çağırış edilib.


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top