İranda etiraz aksiyalarında polisə müqavimət göstərən boksçu: "Bədənimdən 200 seçmə çıxarıldı"

REGİON 31 yan 2023, 21:58
İranda Məhsa Əmani etirazlarında çılpaq halda təhlükəsizlik qüvvələrinə müqavimət göstərərkən vurulduğu zaman gündəmə gələn boksçu Aşkan Morovati yaşadıqlarından danışıb.

Demokrat.az xəbər verir ki, 26 yaşlı iranlı boksçu nümayişçilərə şiddətlə cavab verən zabitlərə “burada olanlara qarşı amansızlıq edirsiniz, etdikləriniz insanlıqdan kənardır” dediyini bildirib.

Morovati iddia edib ki, bu zaman təhlükəsizlik qüvvələri heç bir xəbərdarlıq etmədən ona gözyaşardıcı qaz və dəyənəklərlə hücuma başlayıb.

Aksiyalar zamanı yaralanan boksçu dərhal xəstəxanaya aparılıb. 

Qeyd etmək lazımdır ki, bir aya yaxın müalicə alan boksçu xəstəxanadan çıxarılaraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top