Politoloqun məhkəməsi başladı

KRİMİNAL 31 yan 2023, 19:25
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və anklardan biri təmsil olunur.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin qandalda gətirilməsini qadağan edilməsini istəyib.
 Məhkəmə vəsatəti təmin edib.

Digər vəsatət isə cinayət işinə xitam verilməsi, işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması ilə bağlı olub 
Məhkəmə qısa müşavirədən sonra bu vəsatəti təmin etməyib.

Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə salınmasını bildirib.
Məhkəmənin hazırlıq iclası fevralın 14-də davam edəcək.

İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.
2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top