Naxçıvanda bir neçə abidə söküldü

SOSİAL 29 yan 2023, 15:13
Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb.

Demokrat.az xəbər verir ki, "Böyük bağ" ərazisində olan bu abidənin yerinə artıq kilid daşları vurulub.

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsindən APA-ya verilən məlumata görə, sökülən abidənin yerində başqa bir abidənin tikintisi gözlənilmir.

Qurum bu barədə hər hansı bir tapşırıq almayıb, boş ərazi kilid daşları ilə örtülüb və ərazi tam olaraq təmizlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top