"Qərb artıq "erməni kartı"ndan istifadə edib qurtarıb" — ŞƏRH

DÜNYA 19 yan 2023, 21:08
"Ermənistan hər cəbhədə uduzduğunu yaxşı bilir. Sadəcə çalışır ki, bu məğlubiyyət erməni dövlətinin tamamilə beynəlxalq aləmdə nüfuzdan düşməsi ilə nəticələnməsin". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib. 

"Bu, tək erməni dövləti üçün yox, çox əsrlik erməni yalanları ilə özünü aldatmış, bir çox hallarda dünya ictimaiyyətini də buna inandırmış dünya erməniçiliyinin də siyasi arenadan getməsinə səbəb olacaq faktordur. Odur ki, heç olmasa öz üzlərini saxlamağa, gələcək "mübarizələr" üçün ayaq yeri saxlamağa çalışırlar. 

Ekspert fikrincə, Azərbaycanın yürütdüyü siyasət artıq dünya erməniçiliyinə də böyük zərbə vurub:



"Qərb artıq erməni kartından istifadə edib qurtarıb. Müasir dünyanın geosiyasi gündəliyində konflikt yaradacaq məsələlər əks cəbhə ilə qarşılanır. Çünki belə hallar dünya nizamını pozur və avtokrat şovinist rejimlərin planlarına yarayır. Odur ki, artıq Qərb Ermənistanı başa salır ki, Azərbaycan bizim cəbhəmizdədir və sənin destruktiv hərəkətlərinə imkan verilməyəcək".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top